Rusiyada erməni biznesmen oğurlanıb

Rusiyada erməni əsilli biznesmen Serqey Budaqov oğurlanıb.

"Orlovskaya Niva" aqroholdinqinin sahibi oğurlanarkən sürücüsü ilə bir yerdə olub. Belə ki, naməlum şəxslər biznesmenin "Lexus" maşınını saxladıb və silahla hədə-qorxu gələrək avtomobili Lujkovskiy qəbirstanlığına aparıblar. Daha sonra oğrular maşının içərisində sürücünün əl-qolunu bağlayıblar, Budaqovu isə naməlum istiqamətə aparıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31