“Eurovision” təmsilçisi maşınında ölü tapıldı
12 İyul 2018 16:41 Dünya"Eurovision- 2011" mahnı müsabiqəsində Makedoniyanı təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib.
33 yaşlı sənətçi paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb.
Makedoniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ifaçının cəsədi tibbi ekspertiziyaya göndərilib, ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Vlatko Almaniyada keçirilən "Eurovision" yarışmasında ölkəsini "Rusinka" mahnısı ilə təmsil etmişdi.
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31