Pompeodan Rusiyaya yeni zərbə anonsu: Plan var
24 May 2018 13:17 DünyaRusiyaya qarşı daha çox sanksiya tətbiq etmək barədə planlarımız var.
Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo danışıb.
"Mən bilirəm ki, sanksiyaların böyük əksəriyyəti CAATSA çərçivəsində həyata keçirilib və daha çoxu da onları izləyəcək", - Pompeo bildirib.
O, məhz hansı sanksiyaların nəzərdə tutulduğunu açıqlamayıb.
Xatırladaq ki, bir qədər əvvəl Donald Tramp Ağ Evə Moskvanın orta və qısamənzilli raketlərin aradan qaldırılması üzrə müqavilənin müddəalarını pozduğuna görə yeni sanksiyalar paketinin hazırlanmasını tapşırmışdı.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31