Türkiyədə partlayış: 2 şəhid, 3-ü yaralı
Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda xidməti vəzifəsini icra etməyə gedən qoruyucu dəstənin keçdiyi yerdə minanın partladılması nəticəsində 2 nəfər şəhid olub, 3-ü yaralanıb.
24 May 2018 12:33 DünyaTürkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda xidməti vəzifəsini icra etməyə gedən qoruyucu dəstənin keçdiyi yerdə minanın partladılması nəticəsində 2 nəfər şəhid olub, 3-ü yaralanıb.
Qoruyucuların mindiyi avtomobil terrorçu PKK qruplaşmasının yola döşədiyi minaya düşüb.
Hadisə mayın 24-də səhər saatlarında İranla dövlət sərhədindən 45 km aralıda, Şemdinli rayonunun Kayalar bölgəsində baş verib. İlkin məlumata görə, şəhid olan qoruyucular Fehmi və Ayhan Özər qohumdurlar. Yaralılar Şemdinli Dövlət Xəstəxanasına yerləşdiriliblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31