Ərdoğanın mühafizəsi gücləndirilir: Snayperlər cəlb olundu

Türkiyə Prezidentinin mühafizə xidməti strukturu daxilində xüsusi əməliyyatlar şöbəsi qurulub.

Türkiyə Prezidentinin mühafizə xidməti strukturu daxilində xüsusi əməliyyatlar şöbəsi qurulub.

Türkiyə Nazirlər Kabinetinin bununla bağlı verdiyi qərar artıq rəsmi qəzetdə çap olunub.

Xüsusi əməliyyatlar şöbəsinin əməkdaşları prezidentin mühafizə xidmətinə daxil ediləcək. Prezidentin ölkə daxili mitinqlər, açılış mərasimləri, toplantı proqramlarında xidmət başında olacaqlar. Bu strukturda işə götürülən şəxslər sərrast nişançılar, sui-qəsd və terror hücumlarına qarşı peşəkar mütəxəssislərdən ibarətdir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31