Nikol Paşinyan: "Ermənistan ordusunun Baş Qərargah rəisi bu günün sonunadək işdən çıxarılacaq"

"Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Movses Akopyan tutduğu vəzifədən azad ediləcək".

Bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin mayın 24-də keçirilən iclasında bildirib.O, məsələ ilə bağlı Ermənistan prezidenti Armen Sarkisyana təklif göndərdiyini vurğulayıb: "Günün sonunadək Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi təyin ediləcək. Mayın 25-də isə o, silahlı qüvvələrə təqdim olunacaq". 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31