ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib

ABŞ-da məhkəmə prezident Donald Trampa "Twitter"də onu tənqid edən abunəçiləri bloklamağı qadağan edib.

ABŞ-da məhkəmə prezident Donald Trampa "Twitter"də onu tənqid edən abunəçiləri bloklamağı qadağan edib.

Bu barədə "NBC" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bununla bağlı iddia məhkəmədə hələ 2017-ci ildə Trampın blokladığı 7 nəfər tərəfindən qaldırılıb. İddiaçıların fikrincə, mikrobloq ictimai mübahisə və diskussiyalar meydanına xidmət etməlidir. Fərqli baxışlar isə istənilməyən istifadəçilər tərəfindən bloka atılmağa səbəb olmamalıdır.

İşə baxan hakim vurğulayıb ki, həmin vəzifəli şəxsin hətta ABŞ prezidenti olması da vəziyyəti dəyişmir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31