KXDR-in nüvə poliqonu mayın 24-də sökülə bilər

Hava şəraiti əlverişli olsa, Şimali Koreyanın “Punqeri” nüvə poliqonu mayın 24-də söküləcək.

Hava şəraiti əlverişli olsa, Şimali Koreyanın "Punqeri" nüvə poliqonu mayın 24-də söküləcək.

Bu barədə KXDR hökumətindən bildiriblər.

Poliqonun bağlanma mərasimini işıqlandırmaq üçün Şimali Koreyaya gələn xarici jurnalistlər qatarla Vonsan şəhərindən çıxaraq poliqona tərəf yollanıb.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In aprelin 21-də nüvə silahı və qitələrarası ballistik raket sınaqlarının dayandığını elan etmişdi. Bir müddət əvvəl isə Pxenyan may ayının sonlarında "Punqeri" nüvə poliqonunun işinə xitam verəcəyini, nüvə silahının yeraltı sınaqları üçün istifadə olunan tunellərin jurnalistlərin gözü qarşısında partladılacağını bildirmişdi.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31