Bəşəriyyət məhv olacaq, səma dəyişəcək, qaz və toz... - Forbes

Astrofizik Etan Siqel bəşəriyyətin məhvindən sonra Süd yolu qalaktikasında səmanın necə olacağı barədə ehtimallarını yazıb.

Astrofizik Etan Siqel bəşəriyyətin məhvindən sonra Süd yolu qalaktikasında səmanın necə olacağı barədə ehtimallarını yazıb.

Teleqraf.com xəbər verir ki, "Forbes" nəşri sözügedən məqaləni yayımlayıb.

Siqelin hesablamalarına görə, səma indiki vəziyyətindən xeyli fərqlənəcək. Qırmızı nəhənglərinin daha çox olacağı qalaktikamız elliptik forma alacaq. Bundan başqa kosmosda daha az qaz və toz olacaq. Buna Andromeda ilə Süd yolu qalaktikasının təxminən 4-7 milyard il sonra birləşməsi səbəb olacaq.

Yeni qalaktikada şüurlu varlıqlar yaransa belə, onlar ulduz birləşmələrindən uzağı görə bilməyəcəklər. Hətta teleskopların köməyi də işə yaramayacaq. Çünki digər qalaktik sistemlər həddən artıq uzaqda olacaq.

Alimin sözlərinə görə, kainatın sürətlə genişlənməsi yeni şüurlu varlıqlara tənhalıq düşüncəsi aşılayacaq.

Etan Siqel fərziyyə irəli sürür ki, gələcək şüurlu varlıqların kosmosla bağlı sualları da fərqlənəcək. Qalaktikaların biri-birindən uzaqlaşması kainat genişlənməsi barədə sübutları və "Big Bang" (Böyük partlayış) haqqında təsəvvürləri siləcək.

Qeyd edək ki, hamılıqla qəbul olunmuş kosmoloji konsepsiyaya əsasən, kainat Böyük partlayışdan sonra genişlənməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31