"Ermənistan getdikcə kiçilir" - Xaçik Hakobyan

Ermənistanın əkinə yararlı torpaqları sürətlə şoranlaşır.

Ermənistanın əkinə yararlı torpaqları sürətlə şoranlaşır.

Bu barədə Ermənistanın ekologiya naziri Xaçik Hakobyan məlumat verib.

Nazir son iki ildə torpaqların 2.67 faizinin şoranlaşaraq sıradan çıxdığını bildirib.

Ərazilərin 28 faizinin potensial təhlükə qarşısında olduğunu deyən Hakobyan qeyd edib ki, hər il əkinə yararlı torpaqların sahəsinin kiçilməsi müşahidə olunur.

Deputat Mikayel Melkumyan isə Ermənistan ərazilərindəki meşələrin sürətlə məhv olmasına diqqət çəkib: "20 il əvvəl ölkə razisinin 12 faizi meşələrdən ibarət idi. İndi isə bu rəqəm 16.7 faizədək aşağı düşüb. Ermənistan ekoloji təhlükə qarşısındadır".

 

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31