"Sosial şəbəkələr Ermənistandakı məxməri inqilabda mühüm rol oynayıb"
23 May 2018 16:55 Dünya"Ermənistandakı inqilab, sadəcə, narahatlıq verən bir məsələ ilə bağlı deyildi, o, bütün milləti əhatə edirdi".
Bunu Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Düpoi Qazaxıstanın paytaxtı Almatı şəhərində keçirilən Avrasiya media forumunda "Cəmiyyətdə inamın təkamülü: müasir dünyada cəmiyyətdə onu necə idarə etməli?" paneli çərçivəsində çıxışında deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr Ermənistandakı məxməri inqilabda mühüm rol oynayıb: "Hamı orada başverənləri dəqiq bilirdi. Ona görə də Rusiya hadisələrin gedişini dəyişə bilmədi".
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31