Pedofil keşişlərlə bağlı qərar

Çilinin Rankaqua şəhərində 14 keşiş azyaşlılara qarşı seksual xarakterli hərəkətlərdə şübhəli bilindikləri üçün kilsədən uzaqlaşdırılıb.

Çilinin Rankaqua şəhərində 14 keşiş azyaşlılara qarşı seksual xarakterli hərəkətlərdə şübhəli bilindikləri üçün kilsədən uzaqlaşdırılıb.

Bu barədə keşişlərə nəzarət idarəsi olan Yeparxiya məlumat yayıb:

"14 keşiş müqəddəs xidmətdən kənarlaşdırılıb. Bu qərar KİV-də verilmiş məlumatlar əsasında qəbul olunub. Bu keşişlərin hərəkətləri mülki sahədə cinayət sayıla bilər".

Artıq prokurorluğa müraciət olunduğu da vurğulanıb.

Xatırladaq ki, ötən həftə "Trase" kanalının əməkdaşlarının apardığı araşdırma nəticəsində bir neçə keşişin yetkinlik yaşına çatmayan şəxslərlə seksual xarakterli yazışmalar apardığı aşkar olunub.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31