Yeni hərbi razılaşma: İki ölkə Rusiyaya qarşı birləşdi
23 May 2018 15:45 DünyaDanimarkanın müdafiə naziri Peter Hultqvist isveçli həmkarı Klaus İjort Frederiksenlə görüşüb.
Kopenhagendə baş tutan görüşdə Rusiyanın Skandinaviya dövlətlərinə qarşı təhdidləri müzakirə edilib.
Tərəflər Rusiyanın təhdidlərinə qarşı birgə mübarizə barədə razılığa gəliblər. Razılaşmaya əsasən, İsveç və Danimarka silahlı qüvvələri dəniz və hava sahələrində Rusiyanın hərbi obyektlərinə qarşı birgə müşahidə missiyasını həyata keçirəcəklər.
Həmçinin, Rusiyanın Baltik dənizindəki sualtı döyüş gəmilərinə nəzarət barədə razılaşma əldə edilib.
İki ölkənin rus qırıcılarına qarşı birgə mübarizəsi məqsədilə icazə almadan hava məkanlarından istifadə edilməsi də anlaşmaya daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31