Cənubi Koreya jurnalistləri KXDR-ə yollandılar
Cənubi Koreya jurnalistləri KXDR-in Vonsan şəhərində yerləşən Pxunqeri nüvə poliqonunun bağlanması prosesini işıqlandırmaq üçün Şimali Koreyaya yollanıblar.
23 May 2018 13:23 DünyaCənubi Koreya jurnalistləri KXDR-in Vonsan şəhərində yerləşən Pxunqeri nüvə poliqonunun bağlanması prosesini işıqlandırmaq üçün Şimali Koreyaya yollanıblar.
Jurnalistlər Vonsana Şimali Koreyanın təqdim etdiyi hökumət təyyarəsində yola düşüblər. Bu məlumatı Cənubi Koreyanın Birləşmə Nazirliyi verib.
Vonsan şəhəri Şimali Koreyanın şərq sahillərində yerləşir.
Qeyd olunduğuna görə, təyyarədən endikdən sonra jurnalistlər nüvə poliqonuna çatmaq üçün 10 saat qatarla yol getməlidirlər.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31