Deniz Akkayadan Pınar Altuğa DƏSTƏK
Həyat yoldaşı ilə aralarındakı yaş fərqinə görə tez-tez gündəmdə olan məşhur türkiyəli aktrisa Pınar Altuğa Dəniz Akkayadan dəstək gəldi.
23 May 2018 12:40 DünyaHəyat yoldaşı ilə aralarındakı yaş fərqinə görə tez-tez gündəmdə olan məşhur türkiyəli aktrisa Pınar Altuğa Dəniz Akkayadan dəstək gəldi.
Olaylar.az türk mediasına istinadən bildirir ki, aktrisa bir müddət öncə həyat yoldaşı Yağmur Atacan ilə fotolarını instagram hesabından paylaşmışdı. Aktrisanı izləyicilərindən biri şəkilini altına " Sanki universitetə gedən oğlunuzdu" yazıb. Pınar Altuğ "Bundan sizə nə?" deyərək, qarşı tərəfə cavab vermişdi.
Model Dəniz Akkaya aktrisaya dəstək olaraq sosial şəbəkə hesabından məşhurlara təhqiredici şərhlər yazan şəxslərə müraciət etdi: "Sosial mediada özlərini tanımayan insanlar, özünüzü ələ alın. İyrənc və pis niyyətli şərhlərinizlə özünüzə problem yaratmaq üzrəsiniz! Hər kəsin səbri bir yerə qədərdi. Hamı öz işi ilə məşğul olsun!"
