Rusiyada işləyən Ermənistan vətəndaşlarının sayı 2,5 dəfə çoxalıb

Hazırda Ermənistanın 232 247 vətəndaşı Rusiyada əmək miqrantı kimi işləyir.

Hazırda Ermənistanın 232 247 vətəndaşı Rusiyada əmək miqrantı kimi işləyir.

Məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilib ki, 2012-ci ildə onların sayı 90 min 549 nəfər olub: "Qırğız Respublikasının 376 min 863, Belarusun 124 min 633, Qazaxıstanın isə 88 min 202 vətəndaşaı Rusiyada işləyir".

Qeyd edək ki, Rusiya DİN bir müddət əvvəl 2018-ci ilin əvvəlindən 10 mindən çox əcnəbinin Rusiyadan çıxarıldığı barədə məlumat yaymışdı. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31