Paşinyan indi də polis rəisi və Təhlükəsizlik Xidməti rəhbərinin vəzifədən getməsini istəyir

Ermənistanın yeni baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyana polis rəisini və Təhlükəsizlik Xidmətinin direktorunu vəzifələrindən azad etməyi təklif edib.

N.Paşinyan "Facebook səhifəsində yazıb:

"Prezidentə Baş Polis İdarəsinin rəisi Vladimir Qasparyanın və Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın vəzifələrindən azad edilmələri barədə təklifin yer aldığı məktub ünvanlamışam".

Qeyd edək ki, mayın 8-də parlament N.Paşinyanı Ermənistanın baş naziri seçib.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31