Qazaxıstanda latın qrafikasına keçid neçə milyona başa gələcək?

Qazaxıstanda 2025-ci ilədək Kiril əlifbasından Latın əlifbasına keçidin ölkə büdcəsinə təsiri açıqlanıb.

18 milyondan çox əhalisi olan Qazaxıstanda 94% insan rus dilində danışır. 74% əhali isə qazaxca yazıb-danışma qabiliyyətinə malikdir. 3 mərhələli 7 illik əlifba islahatı üçün hökumət 218 milyard təngə (664 milyon dollar) pul xərcləyəcək.

Bu məbləğin 90%-i təhsil proqramlarının yenilənməsi, yeni kitabların yazılması və nəşrinə sərf olunacaq. 

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31