"Twitter" rəhbərliyi publik tvitləri satdığını etiraf etdi

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi 2015-ci ildə publik tvitlərin seçim icazəsini bir ay müddətinə Aleksandr Koqanın "Global Science Research" şirkətinə satdığını etiraf edib.

"Global Science Research" 2014-2015-ci illərdə bu işlə məşğul olub.

Bildirilir ki, şirkətin yalnız publik məlumatlara çıxışı olub, istifadəçilərin şəxsi məlumatlarına isə çıxış icazəsi əldə etməyib.

"Facebook"un "Cambridge Analytica" şirkəti ilə bağlı qalmaqalından sonra "Twitter" rəhbərliyi hər iki şirkətin akkauntlarını bloklamaq qərarına gəlib.

Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31