"Netanyahu ağlayan uşağa bənzəyir"
1 May 2018 13:54 Dünya"İsrail Baş naziri Benyamin Netanyahu İranla bağlı keçmiş iddialarını dilə gətirdikdən sonra ağlayan uşağa bənzəyirdi"-
Bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yazıb. Zərif İranın heç bir nüvə silahı hazırlığı aparmadığını bəyan edib.
Qeyd edək ki, Netanyahu ötən gün İranın nüvə silahı hazırlığını davam etdirdiyini təsdiqləyən arxiv sənədlərinin surətini əldə etdiklərini açıqlayıb.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31