Çipsilərdən asılılığın səbəbi müəyyən edildi - DƏHŞƏT...
Çipsilər və narkotiklər beyində eyni reaksiyaya səbəb olur.
1 May 2018 12:59 DünyaÇipsilər və narkotiklər beyində eyni reaksiyaya səbəb olur. Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, belə bir nəticəyə Erlangen-Nürnberq Universitetinin tədqiqatçıları gəlib. Laboratoriya gəmiriciləri üzərində aparılmış təcrübələrdən sonra Almaniyadan olan tədqiqatçılar müəyyən edib ki, çipsilərin əvəzedicisini yeyən siçanlar yüksək yağ tərkibli məhsullara daha çox maraq göstərirlər.
"İnsanların çipsilərə və eyni miqdarda karbohidrat və yağlara malik olan məhsullara reaksiyası eyni cürdür"-deyə tədqiqat müəllifləri qeyd ediblər. Elmi ictimaiyyət üzvlərinin fikrincə, çipsilər narkotik maddələr kimi insan beynindəki ləzzət zonasını aktivləşdirir. Bu baxımdan bəzi insanların çipsilərdən asılılığını aradan qaldırmaq mümkün deyil.