Ermənistan yeni baş naziri seçir - Paşinyan yeganə namizəddir

Ermənistanda parlamentin xüsusi iclası keçirilir.

İclasda ölkənin yeni baş nazirinin kimliyi müzakirə olunur. 

Qeyd edək ki, bu posta irəli sürülən yeganə namizəd "Elk" fraksiyası lideri Nikol Paşinyandır. 

Parlamentdə açıq şəkildə keçiriləcək səsvermədə Paşinyan bütün deputatların yarısından çoxunun səsini qazanarsa ölkənin yeni baş naziri olacaq. Səsvermə baş tutmasa bir həftə sonra ikinci cəhd olacaq. 

Hazırda Yerevanın Respublika meydanında isə Paşinyanın minlərlə tərəfdarı mitinq keçirir. 

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31