Etirazçılar Yerevanda meydana toplaşırlar: bu gün yeni baş nazir seçiləcək
Bu gün səhər saatlarından etirazçılar Yerevanın Respublika meydanına toplaşmağa davam edir. Ermənistan Milli Yığıncağının (parlament) mayın1-də keçiriləcək xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Müxalifətin vahid namizədi Nikol Paşinyandır.
1 May 2018 11:43 DünyaBu gün səhər saatlarından etirazçılar Yerevanın Respublika meydanına toplaşmağa davam edir. Ermənistan Milli Yığıncağının (parlament) mayın1-də keçiriləcək xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Müxalifətin vahid namizədi Nikol Paşinyandır.
Etirazçılar böyük ekranın quraşdırıldğı meydanda parlamentin xüsusi iclasını canlı izləyəcəklər. Həmçinin Yerevanın mərkəzində sayı çox da olmayan polis əməkdaşları müşahidə olunur. Ümumilikdə paytaxtın mərkəzində sakitlik olduğu bildirilir.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Aprelin 23-də isə S.Sarkisyan istefa verib. Trend.az