“WhatsApp”ın baş direktoru istefa verir
1 May 2018 11:13 Dünya"WhatsApp" şirkətinin qurucusu və baş direktoru Jan Koum istefa etmək qərarına gəlib.
Koum bu barədə "Facebook"dakı səhifəsində məlumat verib.
Məlumatda deyilir: "Texnologiyadan əlavə mənə həzz verən şeylərə vaxt ayıra bilmək üçün bir müddət işləməyəcəm".
Amma "Washington Post" qəzetinin xəbərinə görə, Koum ilə "Facebook" rəhbərliyi arasında anlaşmazlıq yaranıb və Jan bu səbəbdən istefa edir. "Facebook" 2014-cü ildə "WhatsApp"ı 19 milyard dollara satın almışdı.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31