Suriyanın Homs şəhəri raket atəşinə tutulub

Bazar günü Suriyanın Homs şəhərinin terrorçular tərəfindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb, 13-ü yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu brifinqdə Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

"Aprelin 29-da Homs əyalətinin Təll-Bisa yaşayış məntəqəsinin cənub dairəsindən olan qanunsuz silahsız qruplaşmaların yaraqlıları Homs şəhərinin Əl-Aydum, Əl-Hudari, Əl-Durdiya və Term-Zeytun rayonlarını iki dəfə atəşə tutublar. Dörd raket atılıb. İki nəfər ölüb və 13 nəfər yaralanıb. Dağıntılar var", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31