Xameneidən ABŞ-a SƏRT İTTİHAM: “ABŞ Yaxın Şərqdə…”
İranın ali dini lideri Əli Xamenei ABŞ-ı Yaxın Şərqdə böhranı gücləndirmək cəhdlərində ittiham edib. O, ABŞ-ın Səudiyyə Ərəbistanını İrana qarşı kökləməyə çalışdığını bildirib.
30 Aprel 2018 18:43 Dünyaİranın ali dini lideri Əli Xamenei ABŞ-ı Yaxın Şərqdə böhranı gücləndirmək cəhdlərində ittiham edib. O, ABŞ-ın Səudiyyə Ərəbistanını İrana qarşı kökləməyə çalışdığını bildirib. "Amerikalılar regionda Səudiyyə Ərəbistanı və bəzi başqa dövlətləri İrana provokasiya etməyə çalışırlar. Amma əgər onlarda müdriklik varsa, onda ABŞ-a aldanmamalıdır", - Xamenei deyib. O əlavə edib ki, Yaxın Şərqdə böhranın yaradılması Birləşmiş Ştatların hədəfidir. Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, İran Yaxın Şərqdə stabilliyi pozur. Publika.az xarici mediaya istinadən xəbər verir.