Ermənistanda hakimiyyətə gələn istənilən qüvvə Rusiyaya daha sıx bağlı olmalıdır

“Ermənistanda hakimiyyətə gələn istənilən qüvvə əvvəlkinə nisbətən Rusiyaya daha sıx bağlı olmalıdır. Kaş əksi olardı. Onada işğal olunmuş ərazilərimizi azad etmək bir qədər asanlaşardı”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib. 

"Ermənistanda hakimiyyətə gələn istənilən qüvvə əvvəlkinə nisbətən Rusiyaya daha sıx bağlı olmalıdır. Kaş əksi olardı. Onada işğal olunmuş ərazilərimizi azad etmək bir qədər asanlaşardı". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib.  O, bildirib ki, Ermənistanda hakimiyyətə gələn qüvvə Gürcüstan yolunu məhz bu amilə görə tuta bilməyəcək: "Baxmayaraq ki, Ermənistanda etnik separatizmi alovlandırmaq imkanı yox dərəcəsindədir, çünki bu ölkə monoetnik dövlətdir.
Ermənistanda yaşayan rus mənşəli əhali ümumi əhlinin 1 faizindən azdır. Kilsənin Provoslav kilsəsindən asılılığı yoxdur. Xarici ölkədə güclü lobbisi var. Bu üstünlüklərin olması belə Ermənistanın forpost statusundan imtinasına imkan vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31