Yüzlərlə mühacir ABŞ-dan sığınacaq tələb edir

Latın Amerikasının ən kasıb ölkələrinin yüzlərlə vətəndaşı ABŞ prezidenti Donald Trampa çağırış edib.

Vaşinqtonun öz mühacirət siyasətini kəskinləşdirməsi yüzlərlə mühaciri sərhəddə aksiya keçirməyə vadar edib.

Aksiya iştirakçıları Meksikanın Tixuana bölgəsinə gələrək, Birləşmiş Ştatlarla sərhəddə toplaşıblar.

Onlar ABŞ-da sığınacaq almaq üçün sənədlər verilməsini tələb edirlər.

Xatırladaq ki, daha əvvəl Ağ Evin başçısı ölkəyə qaçqınların buraxılmaması üçün göstəriş vermişdi.

Yenicag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31