Gürcüstanda DİN-nin təlim poliqonu partladı
30 Aprel 2018 00:46 DünyaGürcüstanın Qardabani rayonunun Krçanisi qəsəbəsində Daxili İşlər Nazirliyinin təlim poliqonunda partlayış baş verib.
Hadisə zamanı iki nəfər xəsarət alıb.
Təlim poliqonuna giriş qadağan edilib və bununla bağlı xəbərdarlıq nişanı vurulub. Bundan əlavə, partlayış zamanı ərazidə heç bir təlim keçirilmədiyi vurğulanıb.
Ehtimal edilir ki, xəsarət alan 2 nəfər poliqonda mərmilərlə ehtiyatsız davrandığından sözügedən olay baş verib.
Sputnik.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31