Çində naməlum şəxs məktəblilərə hücum edib, 7 uşaq ölüb
27 Aprel 2018 17:40 DünyaÇinin Şensi əyalətində naməlum kişi orta məktəb şagirdlərinə hücum edib.
"Report" RBK-ya istinadən xəbər verir ki, hücum məktəblilərin dərsdən evə döndüyü zaman baş verib.
Hücum nəticəsində 7 uşaq ölüb, 12 nəfər yaralanıb.
Hücum edən şəxs saxlanılıb, onun hansı səbəbdən bu addımı atdığı hələ müəyyənləşdirilməyib.
Yaralı uşaqlar xəstəxanaya çatdırılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31