Türkiyə Almaniyaya nota verdi

Almaniyanın Türkiyədəki səfiri Martin Erdmann Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxu.Az bu barədə "Haber7"-yə istinadən məlumat yayır.

Nazirlik YPG terror təşkilatının Almaniyadakı fəaliyyətindən narazılıq ifadə etmək üçün Erdmannı çağırsa da, səfir Ankarada olmadığı üçün çağırışa getməyib. Almaniyanın Ankaradakı məsləhətçisi nazirliyə gedib. Narazılıq məsləhətçi vasitəsilə almaniyaya çatdırılıb.

"Der Spiegel"in xəbərinə görə, bununla səfir fəaliyyəti dönəmində 21-ci dəfə nazirliyə çağırılmış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31