Türkiyədən Yunkerə şillə kimi cavab: İkiüzlü anlayış!
Egey və Şərqi Aralıq dənizi ilə əlaqədar rum-yunan tezislərinə əsaslanan bu açıqlamalarla Avropa Birliyi rəsmiləri inam və etibarı hər ötən gün daha da itirirlər. Ciddiyyətdən uzaq və hüquqi əsasdan məhrum bu açıqlamaları rədd edirik.
27 Aprel 2018 16:09 DünyaEgey və Şərqi Aralıq dənizi ilə əlaqədar rum-yunan tezislərinə əsaslanan bu açıqlamalarla Avropa Birliyi rəsmiləri inam və etibarı hər ötən gün daha da itirirlər. Ciddiyyətdən uzaq və hüquqi əsasdan məhrum bu açıqlamaları rədd edirik. Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
"Yunkerin Türkiyədə həbs olunan iki yunan əsgəri ilə bağlı bəyanatını heyrətlə qarşıladıq. Türk qanunlarının tələblərini pozan yunan əsgərlərinin müstəqil məhkəmə qarşısında hər hansı bir müstəsnalığı yoxdur. Ürəyi istəyəndə hüquq dövləti xatırlatması edən, mənfəətinə uyğun olanda isə davam edən məhkəmə prosesinə müdaxilə anlamı daşıyan açıqlamalardan çəkinməyən bu ikiüzlü anlayışı qınayırıq", - Aksoy bildirib.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Yunanıstan parlamentində çıxışı zamanı Türkiyədə həbs edilən yunan əsgərlərinin dərhal azad edilməli olduğunu bildirmişdi. Axar.az