“Telegram”a abidə qoyuldu
27 Aprel 2018 13:18 DünyaRusiyanın Leninqrad vilayətinin Staropolye kəndində yerli icra orqanının binası qarşısında "Telegram" messencerinə abidə qoyulub.
İKT.lent.az-ın NTV-yə istinadən verdiyi xəbərə görə, abidəni məktəblilər düzəltdirib. Onlar yerli deputatın məktəb üçün noutbuk alınması məqsədilə verdiyi puldan istifadə ediblər. Bununla məktəblilər "Telegram"a öz dəstəklərini göstərmək istəyiblər.
Qeyd edək ki, "Telegram" məhkəmə qərarı ilə Rusiya ərazisində bloklanıb. Səbəb messencerin Rusiya kəşfiyyatı ilə əməkdaşlıqdan imtina etməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31