İki Koreya dövləti arasında dəmir yolu açılması təklif edilir
27 Aprel 2018 11:15 DünyaKoreya Respublikasının Prezidenti Mun Çje İn Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Ina iki ölkə arasında dəmir yollarını birləşdirməyi təklif edib.
Bu barədə Cənubi Koreya rəhbərinin nümayəndəsi danışıqların birinci raundundan sonra brifinqdə deyib.
O bildirib ki, əgər dəmir yolları birləşdirilsə, sürət qatarları da buraxıla bilər.
Qeyd edək ki, aprelin 27-də K.Ç.In Cənubi Koreyaya səfər edən ilk Şimali Koreya lideri olub. O, M.Ç.İnlə görüşündə iki Koreya dövləti arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31