Ermənistan müxalifətinin lideri ölkə prezidenti ilə görüşüb
27 Aprel 2018 10:58 DünyaErmənistan müxalifətinin lideri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla görüşüb.
"Ölkədə yaranmış vəziyyəti və mümkün həll yollarını müzakirə etdik", - N.Paşinyan "Facebook" səhifəsində yazıb.
O deyib ki, A.Sarkisyan həmçinin 2011-ci ilin dekabrında Böyük Britaniya vətəndaşlığını itirdiyini təsdiqləyən sənəd təqdim edib.
Qeyd edək ki, N.Paşinyan həmçinin bu gün saat 12:00-da Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla görüşməyi təklif edib.
Eyni zamanda, bu gün axşam saatlarında Gümrü və Vanadzorda növbəti mitinqlərin keçiriləcəyi gözlənilir.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31