Trampa bənzəyən qadın bir anda məşhur oldu
26 Aprel 2018 15:09 DünyaJurnalistlər İspaniyada ABŞ prezidenti Donald Trampa bənzəyən qadın tapıblar.
Dolores Leys Antelo adlı qadın yalnız görünüşcə deyil, saç düzümü və rəngi ilə də prezidentin oxşarıdır. Doloresin baxışı, gülüşü və üz ifadəsi də Trampla eynidir. İspan jurnallarının birində fotosu dərc olunan Antelo dərhal dünya gündəminə çevrilib.
Qadın isə özünün məşhurluğundan xəbərsizdir. Çüni Dolores heç bir sosial şəbəkədən, ümumiyyətlə internetdən istifadə etməyən sadə kəndlidir.

Axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31