Ermənistan parlamenti yeni baş nazir seçilməsi məsələsini mayın 1-də müzakirə edəcək
26 Aprel 2018 12:42 DünyaErmənistanın yeni baş nazirinin seçilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə olunacaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Ara Babloyanın bəyanatında deyilir.
Bildirilib ki, iclas yerli vaxtla saat 12:00-a təyin edilib.
Qeyd edək ki, aprelin 23-də Serj Sarqsyan baş nazir postunu tərk edib. Eyni zamanda, bu gün onun rəhbərlik etdiyi Ermənistanın Respublikaçılar Partiyasında yeni baş nazirin seçilməsinə dair qərar qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31