İnək vertolyotu yandırdı
26 Aprel 2018 05:00 DünyaAvstraliyanın Kvinslend ştatında vertolyot inəklə çarpışması nəticəsində dağılıb.Bu barədə lenta.ru "Brisbane Times"a istinadən xəbər yayıb. Vertolyotu olduqca aşağıdan sürən pilot bu zaman inəyin buynuzlarına ilişib. Bir neçə dəfə bu maneədən qurtulmaq üçün cəhd göstərsə də, buna nail olmayıb və nəticədə idarəetməni itirib. Daha sonra isə təyyarə qəfil eniş gerçəkləşdirib və yanıb.Hadisə yerinə gələn yanğınsöndürənlər vertolyotu söndürməyə çalışsalar da, onlar gələnə qədər yanğının əsas izləri aradan qaldırılmışdı və vertolyot sıradan çıxmışdı. İkinəfərlik yüngül vertolyotlar Avstraliyada sürüləri qovmaq üçündür. Yerə yaxın məsafədən uçan vertolyotlar bir-birindən aralı düşən sürü üzvlərini toparlamaq məqsədi güdür. Hər il ölkədə onlarla "uçan çobanlar" məhv olur.