Hadisənin bahalı çimərliyi darmadağın edildi

Müğənni Hadisənin 2 il əvvəl Bodrumda açdığı "La Plaj" çimərliyi bələdiyyə tərəfindən dağıdılıb. 

Axşam.az bildirir ki, çimərliyi ona satan şəxslə məhkəməlik olan ifaçı başqa problemlə üzləşib. Belə ki, Hadisənin dəbdəbəli və bahalı çimərliyinin sənədsiz olduğu ortaya çıxıb. Bələdiyyə bu səbəbdən buldozer və traktorlarla çimərliyi dağıdıb. 

Xatırladaq ki, "La Plaj"ın sahibi Hadisənin 1,9 milyon lirəlik (təxminən 950 min manat) borcunu ödəmədiyini iddia edərək onu məhkəməyə vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31