“Instagram” istifadəçilərə öz foto və videolarını yükləməyə imkan verib

“Instagram” servisinin komandası “Facebook” sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin" (“Download Your Information”) funksiyasının analoqunu təqdim edib. Bu alət “Instagram”a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

"Instagram" servisinin komandası "Facebook" sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin" ("Download Your Information") funksiyasının analoqunu təqdim edib. Bu alət "Instagram"a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" resursuna istinadən yazır ki, "Instagram"ın nümayəndəsi "TechCrunch" resursunun jurnalistlərinə müsahibəsində deyib ki, hazırda "Data Download" funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.

Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31