Rusiyanın Ermənistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

Rusiyanın Ermənistandakı səfirliyi Yerevanda davam edən etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Səfirlik əməkdaşlarına bu gün səfirlik ərazisindən çıxmamaq tövsiyə olunub.

Bundan başqa, diplomatik missiyaya giriş-çıxışlar da məhdudlaşdırılıb.

Xatırladaq ki, bir müddət Rusiya XİN Ermənistandakı vətəndaşlarına kütləvi yerlərdən uzaq durmağı tövsiyə etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31