Rusiya Türkiyə üçün S-400 istehsalına başladı
25 Aprel 2018 16:24 DünyaRusiya Türkiyə üçün S-400 zenit-raket sistemlərinin istehsalına başlayıb.
Bu barədə RİA Novosti-yə "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev deyib.
A.Mixeyev bildirib ki, Rusiya tərəfi Türkiyəyə S-400 tədarükü ilə bağlı müqavilənin icrasına başlayıb.
O qeyd edib ki, söhbət hələ S-400 tədarükündən getmir, hazırda zenit-raket komplekslərinin istehsalına başlanıb.
Xatırladaq ki, ötən ilin dekabrında Ankarada Rusiya və Türkiyə nümayəndələri arasında S-400 tədarükü üzrə kredit sazişi imzalayıb.
Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31