Ermənistanda yenidən itaətsizlik aksiyasına çağrılıb -BÖHRAN 

Ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazirlikdən istefası tələbilə etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan bu səhər tərəfdarlarını yenidən "itaətsizlik aksiyasına" çağırıb.

Ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazirlikdən istefası tələbilə etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan bu səhər tərəfdarlarını yenidən "itaətsizlik aksiyasına" çağırıb.

Nikol Paşinyan Facebook vasitəsilə video müraciət yayıb.

Onun sözlərinə görə, bu gün ölkənin baş nazir vəzifəsini icra edən Karen Karapetyanla aprelin 25-də nəzərdə tutulan danışıqlarda hakimiyyətin sarsıntısız təhvil verilməsi müzakirə olunmalı idi.

Nikol Paşinyan deyir ki, Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsinə xalqın nümayəndəsi seçilməli, bundan sonra müvəqqəti hakimiyyət yaradılmalı və mümkün qədər tez müddətdə növbədənkənar [ədalətli] parlament seçkiləri keçirilməli idi.

Axşam xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Paşinyan bir daha təkrarlayıb ki, baş nazir xalqın namizədi olmalıdır.

"Bu, o deməkdir ki, Respublikaçılar Partiyasının heç bir təmsilçisi baş nazir olmayacaq", - Paşinyan bəyan edib.

Mətbuat konfransından az sonra məlum oldu ki, Paşinyanla Karapetyan arasında görüş olmayacaq. Bu barədə Ermənistan Hökumətinin rəsmi internet saytında məlumat dərc edilmişdi.

Baş nazir Paşinyanla daha əvvəl elan edilən görüşün baş verməyəcəyini bildirib.

"Çünki Nikol Paşinyan birtərəfli şəkildə yeni tələblər irəli sürüb, məsələn, görüşün formatı, gündəliyi və mətbuatda işıqlandırılmasına dair. O, həmçinin, biz tərəfdən iştirak edənlərin siyahısını təqdim edib, eləcə də danışıqları müstəsna olaraq öz gündəliyi üzrə aparacağını deyib. Buna danışıqlar və ya dialoq demək olmaz..." - Karen Karapetyanın bəyanatında deyilir.

Karapetyan ölkə prezidenti Armen Sarkisyanı daxili siyasi vəziyyətdən çıxmaq və mümkün əməkdaşlıq, o cümlədən, hətta növbədənkənar seçkilərin keçirilməsi məsələlərini müzakirə etmək üçün geniş spektrdə siyasi partiyaların iştirakı ilə görüş təşkil etməyə çağırıb.

Çərşənbə axşamı Ermənistanda akkreditə olunmuş xarici səfirlərlə görüşü zamanı, Paşinyanla gözlənilən danışıqlar məsələsinə toxunaraq, Karen Karapetyan bəyan edib ki, "gündəlik bağlı deyil və tərəflərin hər biri öz təklifləri ilə çıxış edə bilər".

Baş nazir vəzifəsini icra edın Karapetyan xalqın həmrəyliyini təmin etmək üçün əlindən gələni etməyə hazırdır, eyni hərəkəti müqabil tərəf həmkarlarından gözləyir, o deyib.

Nikol Paşinyan isə öz Facebook müraciətində baş nazir vəzifəsini icra edən Karen Karapetyan və ya parlamentin sədri Ara Babloyandan zəng gözlədiyini bildirib.

Respublikaçılar danışıqları Paşinyanın şərtləri əsasında aparmağa razı olmasalar, o, "kütləvi itaətsizlik" aksiyaların yenidən başlanacağı xəbərdarlığını edib.

Hafta.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31