Dəməşqdə kimyəvi silah yoxdur - Rəsmən təsdiqləndi
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) Dəməşqdə kimyəvi silahın olmadığını təsdiqləyib. Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyindən verilib. Həmçinin nazirlik bildirib ki, ABŞ-ın bombaladığı ərazilərdə kimyəvi silah olsaydı, bu, minlərlə insanın ölümünə səbəb ola bilərdi.
25 Aprel 2018 14:15 DünyaKimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) Dəməşqdə kimyəvi silahın olmadığını təsdiqləyib. Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyindən verilib. Həmçinin nazirlik bildirib ki, ABŞ-ın bombaladığı ərazilərdə kimyəvi silah olsaydı, bu, minlərlə insanın ölümünə səbəb ola bilərdi.
Qeyd edək ki, aprel ayının 13-də ABŞ, Böyük Britaniya və Fransa ilə birlikdə kimyəvi silahdan istifadə iddiası ilə təkzib olunmasına rəğmən Suriyaya qarşı hərbi əməliyyatlar keçirib. Milli.az Sputniknews-a istinadla xəbər verir.