Politoloq: “Ermənistanda maraqlı hadisələr hələ irəlidədir”

“Ermənistanda maraqlı hadisələr hələ irəlidədir. Nikol Paşinyan Serj Sərkisyanı istefaya məcbur etdi. Ancaq bu hələ birinci mərhələnin sonudur”.

"Ermənistanda maraqlı hadisələr hələ irəlidədir. Nikol Paşinyan Serj Sərkisyanı istefaya məcbur etdi. Ancaq bu hələ birinci mərhələnin sonudur".

Serj Sərkisyanın son günlərlərdəki davranışı onun kimliyini xarakterizə etdi

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Bildirib ki, Paşinyan hakim Respublika Partiyasını və onun nümayəndəsi Karen Karapetyanı da tarixin arxivinə göndərmək istəyir: "Bu isə asan deyil. Çünki Karen Karapetyan, eyni zamanda illərdir hakimiyyətdə möhkəmlənən və bundan siyasi və iqtisadi dividentlər əldə edən böyük qruplaşma asanlıqla təslim olmaq istəmir. Karapetyan Paşinyanın ultimatumunu qəbul etmir. Bu isə o deməkdir ki, Ermənistanda məxməri inqilab davam edəcək. Paşinyan da bunda israrlıdır. Biz işğalçı dövlətdə növbəti gərgin mərhələləri seyr etməliyik". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31