İrəvanın mərkəzinə zirehli texnikalar yeridilir

Ermənistan polisinin xüsusi zirehli texnikaları İrəvan şəhər meydanına doğru cəmləşdirilir. 

Hazırda Ermənistan bələdiyyə binasının yaxınlığındakı ərazidə polis qüvvələri cəmləşdirilir. 

İrəvanın şəhərdaxili avtobuslarının polislərin daşınmasına xidmət etdiyi və mərkəzi meydana doğru zirehli texnikaların hərəkət etdiyi bildirilib.

Xatırladaq ki, hazırda Ermənistanda etiraz aksiyaları yenidən başlayıb və etirazçılar Respublika meydanında doğru hərəkət edirlər. 

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31