Piter Teys: "Sarkisyanın istefası Ermənistanın müasir tarixində ən müsbət hadisədir"
Ermənistanın baş naziri Serj Sarkisyanın istefası ölkənin müasir tarixində ən müsbət hadisədir. Bunu Markett Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.
25 Aprel 2018 12:30 DünyaErmənistanın baş naziri Serj Sarkisyanın istefası ölkənin müasir tarixində ən müsbət hadisədir. Bunu Markett Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib. O qeyd edib ki, Ermənistan xalqı 2018-ci ilin aprelin 23-nü uzun müddət xatırlayacaq, çünki bu gün ölkə daxilindəki demokratik qüvvələr ən zalım cinayətkarlardan biri, onillik hakimiyyəti dövründə ölkə iqtisadiyyatını xarabalığa çevirən Serj Sarkisyanı uzaqlaşdırdılar: "Ermənistanda S.Sarkisyanın baş nazir seçilməsinə qarşı genişmiqyaslı etirazlar nəticə verdi və bu Ermənistan xalqı müsbət dəyişikliklərə ümid edir. Daxili və xarici qüvvələr S.Sarkisyana güclü təzyiq göstərdi. Əminəm ki, o etirazların bu cür güclənəcəyini gözləmirdi".
Amerikalı politoloq hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət Ermənistanın indiki hökumətinə təzyiq göstərməlidir:
"Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycan hökuməti ilə yeni danışıqlara təşəbbüs göstərməli və Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvodan imtina etməlidir". Trend.az