Erməni təxribatı görün hara qədər uzandı...

Dünyada 7 milyondan artıq koordinatın ən düzgün vaxtını göstərən İslandiyanın məşhur “Time.is” saytında erməni təxribatına meydan verilib.

Dünyada 7 milyondan artıq koordinatın ən düzgün vaxtını göstərən İslandiyanın məşhur "Time.is" saytında erməni təxribatına meydan verilib.

Müxtəlif bölgələrdəki saat fərqi, saat qurşaqları və digər amilləri nəzərə alaraq olduğunuz ərazidəki dəqiq vaxtı sizə göstərən saytda təyinatına uyğun olaraq saat və tarixin göstərildiyi bəndlərlə yanaşı, "Erməni Soyqırımının Anım Günü" yazılmış (Armenian Genocide Remembrance Day) daha bir bəndin olması diqqət çəkib.

Maraqlı burasındadır ki, qondarma soyqırım barədə xatırlatma istənilən koordinata daxil olduqda göstərilir. "Erməni Soyqırımının Anım Günü" yazılmış hissəyə müraciət etdikdə avtomatik olaraq Vikipediyada qondarma soyqırıma həsr olunmuş eyniadlı məqaləyə yönləndirilirsiniz. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31