Ukraynada nazirliyin saytına hakker hücumu
24 Aprel 2018 11:49 DünyaNaməlum şəxslər Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinin saytını dağıdıblar.
Hakkerlər saytı blokdan çıxarmaq üçün 0,1 bitkoin (təxminən 930 dollar) tələb edirlər.
Hazırda saytdakı bir çox fayllara giriş mümkün deyil. Hakkerlər saytın bərpası üçün nazirliyə 10 saat vaxt veriblər. Lakin nazirlik yeni domen adreslə yenidən fəaliyyətini davam etdirir.
Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31