ABŞ Ukraynanı Rusiyaya qarşı qızışdırır: Qiymətləri qaldır

ABŞ Dövlət katibi səlahiyyətlərini icra edən Con Sallivan Ukraynanın Xarici İşlər naziri Pavel Klimkinlə korrupsiyaya qarşı mübarizənin zəruriliyi və qaz qiymətlərinin qaldırılması ilə bağlı müzakirələr aparıb.

ABŞ Dövlət katibi səlahiyyətlərini icra edən Con Sallivan Ukraynanın Xarici İşlər naziri Pavel Klimkinlə korrupsiyaya qarşı mübarizənin zəruriliyi və qaz qiymətlərinin qaldırılması ilə bağlı müzakirələr aparıb. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.

Onun sözlərinə görə, görüş aprelin 21-də Torontoda keçirilən "Böyük yeddilik" ölkələrinin xarici işlər nazirlərinin zirvəsi çərçivəsində baş tutub.

Con Sallivan ukraynalı həmkarına islahatlar keçirilməsində səyləri artırmaq, müstəqil antikorrupsiya məhkəməsinin yaradılması və qaz tariflərinin idxal üçün paritet səviyyəyə qaldırılması barədə çağırış edib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31